Türkiyədə yüksək rütbəli hərbçilərin həbs dalğası səngimək bilmir.
Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandiri Akın Öztürk Ankara Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Akın Öztürk və general-polkovnik Mətin İyidil dövlət çevrilişində cəhddə, vətənə xəyanətdə ittiham olunublar.
Mətbuatda qiyamçı lider kimi təqdim olunan Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandirinin həbsinin görüntüləri yayılıb.