Qiyas İbrahimov, Fikrət Fəraməzoğlu və Nicat Əliyev azadlığa buraxıldı – FOTO

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb.

Yenicag.az-ın məlumatına görə, sərəncam bu müəssisəsdə cəza çəkən 31 məhbusa şamil olunub. Bu müəssisədə əfv olunanlar arasında “Nida” hərəkatının üzvü Qiyas İbrahimov və jurnalist İbişbəyli Fikrət Fəraməz oğlu da var.

***

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb.

Bu müəssisəsdə cəza çəkən 49 məhbus azadlığa buraxılıb.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib./Trend/