Qiyas İbrahimov SAXLANILDI – SƏBƏB

Paytax sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Yenicag.az-a bildirib ki, o, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini deyib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək.