!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymət artımının əsas SƏBƏBLƏRİ: "Bu, əhalinin sosial vəziyyətinin ağırlaşmasına yol açır"

!Reklam – Yazi

“Qiymət artımı gələn ilin aprel-may aylarına qədər davam edəcək”.

Bunu istehlak və qeyri-istehlak məhsullarının qiymətində müşahidə olunan artıma təsir edən amilləri dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, ölkə və dünya iqtisadiyyatında baş verən mənfi proseslər əhalinin sosial vəziyyətinin ağırlaşmasına yol açır:

“Müvafiq qurumların inflyasiya ilə bağlı açıqlamalarında göstərici təkrəqəmli olsa da, əslində 10-13 faizlik artım mövcuddur. Bu tendensiya yay aylarından başlayıb və gözlənilən idi. Bu vəziyyətə təsir edən bbir neçə səbəb var. Birincisi, pandemiya dövrü ilə əlaqədar ölkə iqtisadiyyatında baş verən proseslərdir. Hansı ki, dəyər zəncirinin formalaşmasında ciddi problemlər yaşandı, məhsul qıtlığı müşahidə olundu. Əhalinin gəlirlərinin azalması isə inflyasiya meyllərini gücləndirdi. Ölkə iqtisadiyyatının istehlak malları baxımından daha çox idxaldan asılılığını nəzərə alsaq, qiymətlərdə artım baş verib. Digər tərəfdən, kommunal və yanacağın qiymətinin bahalaşması yerli istehsal olan məhsulların maya dəyərinin daha yuxarı həddə formalaşmasına səbəb olub. Onu da unutmaq olmaz ki, ölkədə istehsal olunan əksər malların xammalı xaricdən gəlir. Bu isə qiymət artımına təkan verən amillərdəndir.

Təəssüf ki, Azərbaycanda inhisarçılıq meyllərinin olması və bazarda rəqabət mühitinin aşağı olması qiymət artımına təsirsiz ötüşmür. Ümumilikdə qiymət artımı gələn ilin aprel-may aylarına qədər davam edəcək. Artım tempi gələn ilin əvvəlindən artıq müşahidə olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv