Qiymət artımının qarşısını belə almaq olar – Deputatdan TƏKLİF

“Azərbaycanda ərzaq və dərman məhsullarının qiyməti artır. Bunun da qarşısının alınmasının müxtəlif yolları var”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, hökumət bu sahədə mümkün olan fəaliyyətini davam etdirir:

“Təklif edərdim ki, qida və dərman məhsulları üçün tələb olunan ƏDV müvəqqəti olaraq dondurulsun. Müvəqqəti addımları atmaqla insanların həyat şəraitinə müsbət təsir göstərmiş olarıq”.