Türkiyə hökuməti ölkədə beynəlxalq qaz qovşağı yaratmaq istəyir, onun iştirakçıları bu resursun qiymətlərini müəyyən edəcəklər.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz qaz kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı istənilən məsələdə əməkdaşlığa hazırıq. Bu baxımdan biz bir çox ölkələrlə fəal danışıqlar aparırıq: Mərkəzi Asiyadan və Aralıq dənizinədək. Türkiyədə birdən çox oyunçunu bir platformada birləşdirəcək, müqavilələr bağlamağa imkan verəcək və bununla da qaz qiymətlərini formalaşdıracaq qaz bazarı yaratmağa hazırlaşırıq”, – Ərdoğan qeyd edib.