!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qiymətləri od tutub yanan İSTİRAHƏT MƏKANLARI: “6-7 ay maaşını yığmalısan ki…” - Türkay

!Reklam – Yazi

“Gərək 6-7 ay maaşını yığasan ki, bir-iki həftə haradasa gedib dincələ biləsən”.

Bunu tanınmış aktyor Türkay Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Aktyor Azərbaycanda istirahət məkanları və otel qiymətlərinin od tutub yandığını və aldığı məvacibin müqabilində bir aktyorun həmin məkanlarda istirahətinin mümkün olmadığını bildirib:

“Qarşıdan bir həftəlik bayram gəlir. Adam istəyir ki, heç olmasa, bir neçə günlük də olsa, gedib bölgələrdə istirahət etsin. Amma qiymətlər kəllə-çarxdadır. Çalışdığım teatrın verdiyi qonorar və bölgələrimizdəki otellərin qiymətinə baxanda hər şey bəlli olur. Bölgələrimizdəki o istirahət məkanları yalnız xarici turistlər üçündür ki, gəlib dincəlib getsinlər. Bizimkilərə də o qalır ki, orda-burda nərd oynayıb günlərini keçirsinlər.

Xaricdə dincəlməyi qoyaq bir kənara. Elə bölgələrimizdəki ən ucuz otelin bir günlük hesabı 150 manatdan başlayır. Ucuz yerlərə də getməyə dəyməz. Çünki ora Bakı şəhərinin Lökbatan kimi quru səhralıq yerinə getmək kimi bir şeydir. Bir az normal yerlər də od qiymətinədir. Gərək 6-7 ay maaşını yığasan ki, bir-iki həftə haradasa gedib dincələ biləsən. Bu otellər sıradan olan insanların istirahəti üçün deyil.

Biz yaradıcı insanıq, ən azı gedib bir, iki həftə istirahət etməliyik ki, beynimiz dincəlsin. Belə bahalıqla beynimizi dondurublar ki, yaratmayaq. Yəqin ölkəyə belə yaradıcı insanlar lazım deyil. Başqa ölkələrin yaradıcı insanlarının yaşam səviyyəsinə baxıram, özümüzünkünə də. Müqayisəyəgəlməzdir. Biz bilmirik çəkilişə qaçaq, yoxsa problemlərimizi düşünək. Yaxşı ki, film, serial çəkilişləri var, teatrın ümidinə qalsaq, o maaşla heç nə edə bilmərik”.

Cəvahir

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv