Qız anasının pul və qızıllarını oğurladı – Bakıda

Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-dən Yenicag.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

COP29