!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qız atasını baltaladı - Bakıda

!Reklam – Yazi

Bakıda qız atasını baltalayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

www.yenicag.az

4201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv