Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq.
Yenicag.az xəbər verir ki, “Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq hər il aprelin 2-də Dünya Autizm Məlumatlandırma Günü qeyd edilir.