Qız qalası yaxınlığındakı attraksionlar narazılıq yaratdı – AÇIQLAMA + FOTO

Qız qalası yaxınlığında attraksionların quraşdırıldığını əks etdirən görüntülər yayılıb.

Bu, şəhər sakinlərinin narazılığına səbəb olub. Onlar attraksionların qədim şəhərə yaraşmadığını qeyd ediblər.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq.

Qurumun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, attraksionlar artıq yığışdırılıb.