!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızı tərəfindən evi əlindən alınan şəhid anası: "Hakimlər başıma oyun açır" - FOTO

!Reklam – Yazi

Şəhid bacısı anasını evindən çıxartırıb evi ələ keçirmək istəyir.

Şəhid anası Cəfərova Bəturə İlyas qızı Yenicag.az-a bildirib ki, ögey qızı ondan xəbərsiz məhkəməyə müraciət edərək yaşadığı evi əlindən alıb.

Cəfərova Bəturə 1985-ci ildə birinci həyat yoldaşının rəhmətə getdiyini, bir qızını böyütdüyünü və 19 ildən sonra yenidən evlənib.

İkinci dəfə ailə həyatı quranda evdə 14 yaşında bir oğlan və 8 yaşında bir qız uşağının olduğunu deyən Bəturə Cəfərova bildirib ki, o uşaqları öz balasından ayırmayıb:

“Öz qızımı heç yeni qurduğum ailəyə aparmadım. Qardaşlarım qoymadı. İkinci yoldaşım avtoqəzadan sonra işləmirdi. Özüm Texniki Universitetdə riyaziyyat müəllimi idim. Demək olar ki, ailəyə qazancı tək mən gətirirdim. Ailə quranda atası oğlum Cabbarov Əlini Cəmşid Naxçıvanski adına hərbi litseyə qoymuşdu. Oğlum hərbi litseyi qurtardıqdan sonra onu göndərdilər Daşkəndə tank məktəbinə. Sovet hökuməti dağıldıqdan sonra Azərbaycana gəldi. Zabit kimi yox, əsgər kimi könüllü Qarabağa getdi. O, 777 saylı hərbi hissədə vuruşub. Tank olmadığı üçün oğlum BMP-də xidmət edib. Oğlumun xasiyyətnaməsində də yazılıb ki, bir erməni tankını vurub, sonra başından yaralınıb və əsir düşüb”.

Bəturə Cəfərova bildirib ki, Əli Cabbarov əsir düşdükdən sonra onun bacısı Cabbarova Səbinəni özü saxlayıb:

“Səbinə Sudandan olan bir nəfərlə ailə həyatı qurdu. Bundan sonra atasına və mənə qarşı dəyişdi. Atası işləmirdi, mənim də maaşım az idi. Səbinə nə mənə, nə də atasına maddi, ya da mənəvi dəstək vermədi. Sonra atası xəstələndi. Öz nəvələrini görmədən dünyasını dəyişdi. Ümumiyyətlə, Səbinə bizdən tamamən uzaqlaşdı. Səbinənin atası “xərçəng” xəstəliyindən 7 ay yerdə yatdı, ancaq qız atasının yanına gəlmədi”.

Səbinə Cabbarovanın 2002-ci ildə qeyri-qanuni yolla qardaşı Əli Cabbarov haqqında ölüm kağızı alaraq, onu pasport qeydiyyatından çıxardığını deyən Bəturə Cəfərova onun evi mənimsəmək istədiyini bildirib:

“Baş verənlərdən xəbərimiz olmayıb. Yoldaşım rəhmətə gedəndə Səbinəni çağırdım, ancaq öz atasının dəfninə gəlmədi. Soruşsanız ki, atan harada dəfn olunub, bilməyəcək. 2004-cü ildə məni məhkəməyə verib ki, mən də vərəsəyəm və evdə payım var. Xidməti evi qeyri-qanuni yolla özəlləşdirib. 2004-cü ildən 2011-ci ilə qədər Səbinə məni məhkəmələrdə süründürdü.

2013-cü ildə Nərimanov rayonu məhkəməsi işə baxmaqdan imtina etdi və işə İnzibati məhkəmədə baxılmalı olduğunu bildirdi. 1 saylı inzibati məhkəmənin hakimi İlfan Əhmədov qərar verdi ki, Əli Cabbarov qeyri-qanuni olaraq evdən qeydiyyatdan çıxardılıb. Biz itkin düşmüş əsgərin haqqını müdafiə etmişik, bacısı Səbinənin dərdi isə evi ələ keçirməkdir. 2013-cü il oktyabrın 11-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini saxta yollarla evi özləşdirdikləri üçün məhkəməyə verdik. 2014-cü il mart ayının 12-də məhkəmə qərarı ilə saxta yolla verilmiş çıxarış ləğv edildi. Bakı şəhər, Yasamal rayon, Qızıl şərq 98 yerləşən 19 nömrəli mənzil Yasamal Rayon İcra Hakimiyyətinin balansına köçürülüb və mən kirayənişin kimi orada yaşamaq hüququ əldə etmişəm. 33 ildir ki, o evdə yaşayıram”.

Bəturə Cəfərova qeyd edib ki, 5 ildir yaşadığı ev dövlətin balansındadır:

“Hakimlər mənim başıma oyun açırlar. Səbinə yenidən məhkəməyə müraciət edib ki, onu evdə tərəf saysınlar. Bu evlə heç kimin əlaqəsi yoxdur. Ev mənim də adıma deyil. Dövlətin olan evə şəxs necə tərəf ola bilər? Səbinə Cabbarova məni Bakı Apelyasiya məhkəməsinə verib. Orada hakim Sərvət Hüseynov qızdan rüşvət alıb, onun xeyrinə qərar verib, sonra da təqaüdə gedib. İndi də 1 saylı İnzibati iqtisadi məhkəmənin sədri Rəşid Rzayev Sərvət Hüseynovun yolu ilə gedərək, rüşvət alıb, yeni il tətilinə çıxıb. Bu hakimlər necə ola bilər ki, dövlətin balansında olan evə kimisə tərəf göstərsinlər? Hakim Tahirə Əsədova əsas məsələni – 2002-ci ildə olan qərarı kənara qoyub, 2013-cü ildə verilən qərara baxıb. Əsədovanın nə maraqları var ki, dövlətin evini mənim əlimdən alıb, kiməsə bağışlasın?”

Sonda Bəturə Cəfərova dövlət qurumlarına, ölkə rəhbərliyinə müraciət edərək, itkin düşmüş oğlunun maraqlarının qorunmasına yardım etməyə çağırıb.

www.yenicag.az

2210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv