Amerika fond bazarında Dow Jones indeksi 1,49% – 18 191,11 bəndədək, S&P 500 1,35% – 2 116,10 bəndədək, NASDAQ 1,17% – 5 003,55 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,32% – 7 046,82 bəndədək, Fransa CAC-40-ı 2,48% – 5 090,39 bəndədək, Almaniya DAX-ı 2,65% – 11 709,73 bəndədək bahalaşıb.
Asiya fond bazarında Nikkei 225 indeksi 0,45% – 19 379,19 bəndədək, Hang Seng 1,05% – 27 577,34 bəndədək, Shanghai 1,98% – 4 558,40 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 6,70 dollar artaraq 1 188,90 dollara, gümüş isə 0,17 dollar bahalaşaraq 16,47 dollara satılıb