!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qızıl ayaq” mükafatı sahibini tapdı

!Reklam – Yazi

“Portu”nun qapıçısı İker Kasilyas “Golden Foot-2017” (Qızıl ayaq) mükafatına layiq görülüb.

Yenicag.az xəbər verir ki, 36 yaşlı ispaniyalı qolkiper bu mükafat uğrunda Kriştiano Ronaldo, Lionel Messi, Tyaqo Silva, Andrea Pirlo, Manuel Noyer, Serxio Ramos, Aryen Robben, Luis Suares və Yaya Ture ilə mübarizədən qalib ayrılıb.

Mükafat Madrid “Real”ının sabiq qapıçısına Monakoda baş tutan mərasimdə təqdim olunub. Kasilyas “Barselona”nın yarımmüdafiəçisi Andreas İnyestadan sonra (2014) “Golden Foot”a layiq görülən ikinci ispan futbolçu olub. Qapıçılar arasında da Kasilyas ikinci olub. İlk dəfə ötən il İtaliya yığmasının və “Yuventus”un qapıçısı Canluici Buffon bu mükafata sahib çıxmışdı.

“Golden Foot” mükafatı 28 yaşdan yuxarı olan futbolçulara təqdim olunur. Hər futbolçu bu mükafata yalnız bir dəfə sahib çıxa bilər.

www.yenicag.az

3518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv