Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, dekabrın 24-də qızılın qiyməti dekabrın 21-i ilə müqayisədə 8,007 manat artaraq 1 unsiya üçün 2148,9955 manat təşkil edib.
Gümüş 0,0301 manat ucuzlaşaraq 1 unsiya üçün 25,0449 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,9635 manat azalaraq 1347,063 manat, palladiumun qiyməti isə 34,4845 manat azalaraq 2108,34 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/