Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, sentyabrın 12-də qızılın qiyməti sentyabrın 11-i ilə müqayisədə 8,483 manat artaraq 1 unsiya üçün 2543,285 manat təşkil edib.
Gümüş 0,0328 manat ucuzlaşaraq 1 unsiya üçün 30,7867 manata bərabər olub.
Platinin qiyməti 17,153 manat artaraq 1610,478 manat, palladiumun qiyməti 31,45 manat artaraq 2691,95 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/