Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qızıl bazarında durğunluq: qiymət ceyran belində, alıcı isə... - Problem

Son dövrlər qızıl satıcıları müştərilərin azlığından şikayətlənir. Hətta Ramazan bayramından sonra toy mövsümünün başlanmasına rəğmən bu sahədə ciddi aktivlik müşahidə edilmir. Görəsən bu cür durğunluq nə ilə bağlıdır və belə vəziyyət qızıl bazarına, buradakı qiymətlərə nə vəd edir?

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov Yenicag.az-a açıqlamasında qızıl alan müştərilərin sayının azalmasını əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqələndirdi:

“Qızıl bazarı əslində, dünya bazarından təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Ölkəmizdə də bu sahə dünya bazarı ilə əlaqəlidir. Bu mənada Azərbaycan qızıl bazarındakı qiymətlər dünya bazarındakı qiymətlərdən heç bir halda aşağı ola bilməz. Qızıl satıcılarının müştəri azlığı ilə bağlı şikayətlərinə gəldikdə isə, bu tendensiyanı statistik rəqəmlərə uyğun olaraq, əhalinin faktiki real gəlirlərinin aşağı düşməsilə əlaqələndirmək olar. Əhalinin real gəlirlərinin təxminən 70-75 faizi ərzaq bazarı tərəfindən udulur. Bu isə o deməkdir ki, insanların başqa problemlərini həll etməyə, özlərinə zinət əşyaları almağa faktiki olaraq imkanları çatmır. Təbii ki, müəyyən təbəqə var ki, onların qızıl, qiymətli daşlar, hətta bahalı avtomobillər belə almağa hər cür imkanları var. Lakin bu göstəriciyə malik insanlar əhalinin 5-10 faizini güclə təşkil edir. Əhalinin digər hissəsinin alıcılıq qabiliyyəti aşağıdır. Bu tendensiyanı təkcə qızıl bazarında deyil, məişət bazarında da rahat şəkildə izləmək olar. Onlar da alıcıları cəlb etmək üçün bir sıra mühüm güzəştlərə getməli olurlar. Lakin buna baxmayaraq, alıcılıq qabiliyyətinin aşağı olması fonunda yenə də müştəri azlığı ilə üzləşməkdə davam edirlər”.

Lakin həmsöhbətimiz qızıl alan müştərilərin sayının azalmasının ölkəmizdə bu məhsulun qiymətinin enməsinə gətirib çıxaracağını düşünmür:

“Mövcud prosesin heç bir halda qiymətlərə təsiri olmayacaq. Azərbaycan özü qızıl məmulatları istehsal etmək sahəsində böyük imkanlara malik deyil. Ölkəmizə bu məmulatlar xaricdən gətirilir. Burada da Türkiyə liderdir. Türkiyədəki qiymətlər isə dünya bazarına uyğunlaşdırılıb. Yəni bu mənada ölkəmizə gətirilən qızılın qiyməti də ondan aşağı düşə bilməz. Ümumiyyətlə, qızılın qiyməti Azərbaycanda formalaşmır. Təbii ki, qızıl ticarətilə məşğul olan satıcılar gəlir əldə etmək üçün əlavə qiymət qoymaqla gətirdikləri malı satmalı olurlar”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

547
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM