Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, fevralın 1-də qızılın qiyməti yanvarın 31-i ilə müqayisədə 2,057 manat azalaraq 1 unsiya üçün 2241,3055 manat təşkil edib.
Gümüş 0,1234 manat ucuzlaşaraq 1 unsiya üçün 27,1336 manata bərabər olub.
Platinin qiyməti 4,352 manat artaraq 1393,5920 manat, palladiumun qiyməti isə 21,5305 manat azalaraq 2292,7730 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/