Qızıl bazarında UCUZLAŞMA: Qiymətlər nə qədər düşdü? – ARAŞDIRMA/SİYAHI

Dünya bazarında qızılın qiyməti 0,03 faiz azalaraq, 1 992,4 ABŞ dollarına bərabər olub.

Qiymətli metalın kəskin ucuzlaşması Azərbaycan qızıl bazarında qiymətlərə təsir edəcəkmi? Ucuzlaşma nə vaxta qədər davam edəcək?

Yenicag.az paytaxtın ən çox qızıl satışını həyata keçirən ticarət mərkəzinə – Mərkəzi Univermağa baş çəkərək araşdırma aparıb.

Satıcılar dünya bazarındakı ucuzlaşmanın Azərbaycanda da qızılın qiymətinə təsir etdiyini bildirib. Onlar bütün əyarlarda ucuzlaşma müşahidə olunduğunu qeyd ediblər:

“Artıq ucuzlaşmanın şahidiyik. Qiymətin enməsi bütün əyarlarda özünü göstərməkdədir. 583 əyarlı rus, 585 əyarlı türk, 750 əyarlı italyan qızılı zərgərlik əşyalarının satış qiymətində ucuzlaşma var”.

Ucuzlaşmanın nə vaxta qədər davam etməsinə gəlincə, satıcılar bunun investorlardan asılı olacağını bildirib:

“Biz indidən bir söz deyə bilmərik, çünki qiymətlərin enib-qalxması investorların qərarından asılıdır”.

Satıcılar qızıl ucuzlaşsa da, alıcılıq qabiliyyətinin zəif olduğunu deyiblər:

“Bizdə qəribə tendensiya var, qızıl bahalaşan kimi alıcılar ticarət mərkəzlərinə axışır, qızıl ucuzlaşanda isə mağazalarda passivlik müşahidə olunur”.

Alıcıların da fikirlərini öyrəndik. Onların qızılıq qiymətində cüzi dəişiklik olduğunu bildirsələr də, bahalıqdan gileyləndilər:

“Bir-iki manat fərq var, o da qramı çox olan zərgərlik məmulatlarında. Azqramlılarda fərq hiss olunmur. Azərbaycanda qızıl həmişə baha olub”.

Ucuzlaşmadan əvvəl və sonrakı qiymətləri təqdim edirik:

585 əyarlı türk qızılı – 93-98 manat, indiki qiymət 88-90 manat.

750 italyan qızı – 110-120 manat, indiki qiymət 105-115 manat.

Cəvahir