Qızıl cüzi ucuzlaşdı, gümüşün qiyməti isə artdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,02% azalaraq, 2 000,6 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,28% artaraq, 24,65 dollar təşkil edib.