Qızıl dilli mumiya tapıldı: O dünyada danışması üçün – FOTO

Misirin İsgəndəriyyə şəhərində 2 min il əvvələ aid dili qızıldan olan mumya aşkarlanıb.

Yenicag.az xəbər verir ki, İsgəndəriyyədə yerləşən Taposiris Maqna antik şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində qızıl dilli mumya aşkarlanıb.

Antik şəhərdə olan 16 məzarlıqdan birində tapılan qızıl dilli mumyanın 2 min il əvvələ aid olduğu bildirilir.

Misirin Tarixi Əsərlər Nazirliyi tərəfindən verilən açıqlamaya əsasən, qızıl dilin mumyanın ağzına o biri dünyada danışa bilməsi üçün qoyulduğu ehtimal edilir.

Bundn başqa, 2 min il bundan əvvələ aid olan məzarlıqlarda yaxşı qorunmuş və aşınmaya məruz qalmamış daha bir neçə heykəl də tapılıb.

COP29