Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, iyunun 10-da qızılın qiyməti iyunun 7-i ilə müqayisədə 7,871 manat azalaraq 1 unsiya üçün 2258,059 manat təşkil edib.
Gümüş 0,1359 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1671 manata bərabər olub.
Platinin qiyməti 1,4535 manat artaraq 1369,86 manat, palladiumun qiyməti isə 6,8595 manat artaraq 2306,8065 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/