Lənkəranda mağazadan külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qızıl satışı mağazalarının birindən 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Vüsal Ağayev saxlanılıb.