Qızıl mədənində bədbəxt hadisə: 23 fəhlə öldü

Zimbabvedə qızıl mədənində subasma hadisəsi baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 23 fəhlənin ölüb.

Hadisə ölkənin paytaxtı Xararenin 145 kilometrliyində yerləşən Kadoma qəsəbəsində qeydə alınıb.

Ölmüş fəhlələrin meyitlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb olunub. Mədən sahibləri yağan şiddətli yağışlardan sonra yaşanan subasma nəticəsində işçilərin sağqalma etimalının çox az olduğunu bildirib.

COP29