!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qızıl top" mükafatına namizədlər - SİYAHI

!Reklam – Yazi

“France Football” nəşri tərəfindən təsis edilən “Qızıl top” (Ballon D’Or) mükafatına bu il namizəd olan şəxslərin siyahısı məlum olub.

Yenicag.az xəbər verir ki, siyahıda 30 oyunçunun adı var.

Həmin futbolçular bunlardır: Nikolo Barella, Lautaro Martines (hər ikisi “İnter”, İtaliya), Kərim Benzema, Luka Modriç (hər ikisi “Real Madrid”, İspaniya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Kevin de Bröyne, Ruben Diaş, Fil Foden, Riyad Mahrez, Rəhim Sterlinq (hamısı “Mançester Sit”, İngiltərə), Corcio Kyellini (“Yuventus”), Kriştianu Ronaldu, Bruno Fernandeş (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holan (“Borussiya” Dortmund, Almaniya), Jorjinyo, N Qolo Kante, Sezar Azpilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı “Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Simon Kyaer (“Milan”, İtaliya), Robert Levandovski (“Bavariya”, Almaniya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Pedri (“Barselona”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Luis Suares (“Atletiko”, İspaniya).

Mükafat 1956-cı ildə Fransanın nüfuzlu “France Football” nəşri tərəfindən UEFA ilə birgə edilib və sonuncu dəfə 2019-cu ildə Messiyə verilib.

 

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv