Reklam: High Technic
hightechnic

“Qızıl top”u Ronaldo qazandı – 5-ci dəfə

Reklam: High Technic

Fransanın “France Football” jurnalı 2017-ci ilin yekununa görə “Qızıl top”un sahibini açıqlayıb.

Yenicag.az xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı İspaniyanın “Real” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya qismət olub.

O, “Qızıl top” uğrunda mübarizədə Lionel Messi (“Barselona”) və Neymarı (PSJ) qabaqlayıb.

Ronaldo “Qızıl top”u karyerası ərzində beşinci dəfə qazanıb. O, daha öncə 2008, 2013, 2014 və 2016-cı illərdə belə uğura imza atmışdı.

Portuqaliyalı ulduz “Qızıl top”ların sayına görə Messiyə çatıb.

www.yenicag.az

1139