“Qızıl top”un mükafatlandırma mərasiminin tarixi açıqlandı

“Qızıl top”un qalibinin mükafatlandırma mərasiminin tarixi bəlli olub.

Yenicag.az-ın məlumatına görə, “France Football” jurnalı dünyanın ən yaxşısını oktyabrın 30-da təltif edəcək.

Tədbir Parisin “Şatle” teatrında gerçəkləşəcək. Namizədlərin siyahısı isə sentyabrın 6-da açıqlanacaq.

Qeyd edək ki, ötən il mükafatı Kərim Benzema qazanıb.