Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 14-də qızılın qiyməti oktyabrın 11-i ilə müqayisədə 13,906 manat azalaraq 1 unsiya üçün 2528,1125 manat təşkil edib.

Gümüş 0,0748 manat bahalaşaraq 1 unsiya üçün 29,8699 manata bərabər olub.

Platinin qiyməti 14,4415 manat azalaraq 1516,536 manat, palladiumun qiyməti 5,6525 manat azalaraq 2890,425 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/

COP29