Qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az xəbər verir ki, iyunun 3-də qızılın qiyməti mayın 31-i ilə müqayisədə 33,8385 manat artaraq 1 unsiya üçün 2231,3775 manat təşkil edib.

Gümüş 0,1982 manat bahalaşaraq 1 unsiya üçün 24,8961 manata bərabər olub.

Platinin qiyməti 12,325 manat artaraq 1362,635 manat, palladiumun qiyməti isə 39,44 manat azalaraq 2287,5285 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

COP29