Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, iyulun 15-də qızılın qiyməti ötən günlərlə müqayisədə 6,545 manat artaraq 1 unsiya üçün 2399,6180 manat təşkil edib.
Gümüş 0,1177 manat artaraq 1 unsiya üçün 25,8483 manata bərabər olub.
Platinin qiyməti 13,447 manat artaraq 1416,4400 manat, palladiumun qiyməti isə 1,003 manat artaraq 2646,2880 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/