Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, avqustun 21-də qızılın qiyməti avqustun 20-i ilə müqayisədə 13,464 manat artaraq 1 unsiya üçün 2555,389 manat təşkil edib.
Gümüş 0,2648 manat bahalaşaraq 1 unsiya üçün 29,0062 manata bərabər olub.
Platinin qiyməti 10,0045 manat azalaraq 1438,693 manat, palladiumun qiyməti 12,6905 manat artaraq 2524,4405 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/