Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, yanvarın 3-də qızılın qiyməti dekabrın 28-i ilə müqayisədə 18,207 manat ataraq 1 unsiya üçün 2190,2715 manat təşkil edib.
Gümüş 0,5232 manat bahalaşaraq 1 unsiya üçün 26,4805 manata bərabər olub.
Platinin qiyməti 7,3355 manat azalaraq 1350,1825 manat, palladiumun qiyməti isə 3,4 manat azalaraq 2151,35 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/