Qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 2-də qızılın qiyməti oktyabrın 1-i ilə müqayisədə 17,1105 manat artaraq 1 unsiya üçün 2509,812 manat təşkil edib.

Gümüş 0,3811 manat bahalaşaraq 1 unsiya üçün 29,2573 manata bərabər olub.

Platinin qiyməti 18,122 manat azalaraq 1481,873 manat, palladiumun qiyməti 48,1015 manat azalaraq 2803,742 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/

COP29