Qızıl və gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 4-də qızılın qiyməti oktyabrın 3-ü ilə müqayisədə 16,2775 manat artaraq 1 unsiya üçün 2563,5235 manat təşkil edib.

Gümüş 0,028 manat bahalaşaraq 1 unsiya üçün 29,9009 manata bərabər olub.

Platinin qiyməti 1,5895 manat azalaraq 1505,4775 manat, palladiumun qiyməti 54,74 manat azalaraq 2819,824 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/