Qızıl və gümüş bahalaşmağa davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az xəbər verir ki, iyunun 25-də qızılın qiyməti iyunun 24-ü ilə müqayisədə 57,1455 manat artaraq 1 unsiya üçün 2441,285 manat təşkil edib.

Gümüş 0,256 manat bahalaşaraq 1 unsiya üçün 26,3207 manata bərabər olub.

Platinin qiyməti 4,335 manat artaraq 1384,9305 manat, palladiumun qiyməti isə 20,315 manat artaraq 2599,47 manat təşkil edib./Trend/

COP29