Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, avqustun 8-də qızılın qiyməti avqustun 7-i ilə müqayisədə 27,3275 manat artaraq 1 unsiya üçün 2551,649 manat təşkil edib.
Gümüş 0,7458 manat bahalaşaraq 1 unsiya üçün 29,1922 manata bərabər olub.
Platinin qiyməti 19,006 manat artlaraq 1472,1065 manat, palladiumun qiyməti 9,5115 manat azalaraq 2430,8725 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/