Qızıl və gümüş bazarında qiymətlər bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, aprelin 8-də qızılın qiyməti aprelin 5-i ilə müqayisədə 11,696 manat artaraq 1 unsiya üçün 2203,88 manat təşkil edib.

Gümüş 0,0077 manat bahalaşaraq 1 unsiya üçün 25,741 manata bərabər olub.

Platinin qiyməti 29,5545 manat artaraq 1543,2175 manat, palladiumun qiyməti isə 11,577 manat artaraq 2347,105 manat təşkil edib.