Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, yanvarın 10-da qızılın qiyməti yanvarın 9-u ilə müqayisədə 23,171 manat artaraq 1 unsiya üçün 2202,8515 manat təşkil edib.
Gümüş 0,2096 manat bahalaşaraq 1 unsiya üçün 26,772 manata bərabər olub.
Platinin qiyməti 6,4345 manat artaraq 1405,492 manat, palladiumun qiyməti isə 34,459 manat azalaraq 2238,526 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/