Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, iyunun 13-də qızılın qiyməti iyunun 12-i ilə müqayisədə 4,0885 manat artaraq 1 unsiya üçün 2269,245 manat təşkil edib.
Gümüş 0,0288 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1396 manata bərabər olub.
Platinin qiyməti 9,962 manat azalaraq 1381,488 manat, palladiumun qiyməti isə 13,9995 manat artaraq 2393,974 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/