Qızıl və gümüş istehsalı kəskin artdı

Bu ilin yanvar ayında Azərbaycanda 404,9 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 63% çoxdur.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ölkədə 540,4 kq gümüş istehsal edilib. 2019-cu ilin müvafiq ayı ilə müqayisədə bu göstərici 2,6 dəfə artıb.