Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, fevralın 14-də qızılın qiyməti fevralın 13-ü ilə müqayisədə 7,6075 manat azalaraq 1 unsiya üçün 2224,8920 manat təşkil edib.

Gümüş 0,1722 manat ucuzlaşaraq 1 unsiya üçün 26,5885 manata bərabər olub.

Platinin qiyməti 8,5595 manat azalaraq 1336,8885 manat, palladiumun qiyməti isə 6,5365 manat azalaraq 2393,0135 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.