Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, fevralın 21-də qızılın qiyməti fevralın 20-i ilə müqayisədə 4,6665 manat azalaraq 1 unsiya üçün 2278,5185 manat təşkil edib.

Gümüş 0,3342 manat ucuzlaşaraq 1 unsiya üçün 27,2698 manata bərabər olub.

Platinin qiyməti 10,7565 manat artaraq 1405,8065 manat, palladiumun qiyməti isə 14,119 manat azalaraq 2540,191 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/