Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, fevralın 26-da qızılın qiyməti fevralın 25-i ilə müqayisədə 2,924 manat azalaraq 1 unsiya üçün 2259,6655 manat təşkil edib.

Gümüş 0,0932 manat ucuzlaşaraq 1 unsiya üçün 27,0622 manata bərabər olub.

Platinin qiyməti 15,453 manat artaraq 1459,535 manat, palladiumun qiyməti isə 87,567 manat artaraq 2643,347 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/