Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 7-də qızılın qiyməti oktyabrın 4-ü ilə müqayisədə 3,757 manat azalaraq 1 unsiya üçün 2559,7665 manat təşkil edib.

Gümüş 0,1115 manat ucuzlaşaraq 1 unsiya üçün 29,7894 manata bərabər olub.

Platinin qiyməti 11,305 manat azalaraq 1494,1725 manat, palladiumun qiyməti 12,376 manat artaraq 2832,2 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/

COP29