Qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 8-də qızılın qiyməti oktyabrın 7-i ilə müqayisədə 24,548 manat azalaraq 1 unsiya üçün 2535,2185 manat təşkil edib.

Gümüş 0,1899 manat ucuzlaşaraq 1 unsiya üçün 29,5995 manata bərabər olub.

Platinin qiyməti 3,961 manat artaraq 1498,1335 manat, palladiumun qiyməti 5,95 manat artaraq 2838,15 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/