Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0.32 faiz azalaraq, 2,006.80 ABŞ dollarına bərabər olub.

Yenicag.az xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0.39 faiz azalaraq, 23.17 dollar təşkil edib.