Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, yanvarın 21-də qızılın qiyməti yanvarın 18-i ilə müqayisədə 18,1135 manat azalaraq 1 unsiya üçün 2178,312 manat təşkil edib.
Gümüş 0,4028 manat ucuzlaşaraq 1 unsiya üçün 26,0235 manata bərabər olub.
Platinin qiyməti 23,4855 manat azalaraq 1359,575 manat, palladiumun qiyməti isə 59,228 manat azalaraq 2352,732 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/