Qızıl və gümüş ucuzlaşmağa davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, sentyabrın 30-da qızılın qiyməti sentyabrın 27-i ilə müqayisədə 22,712 manat azalaraq 1 unsiya üçün 2539,0945 manat təşkil edib.

Gümüş 0,732 manat ucuzlaşaraq 1 unsiya üçün 29,6206 manata bərabər olub.

Platinin qiyməti 1,6405 manat azalaraq 1583,2355 manat, palladiumun qiyməti 44,319 manat artaraq 2880,684 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/