Qızıl və gümüş ucuzlaşmağa davam edir

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 1-də qızılın qiyməti sentyabrın 30-u ilə müqayisədə 46,393 manat azalaraq 1 unsiya üçün 2492,7015 manat təşkil edib.

Gümüş 0,7444 manat ucuzlaşaraq 1 unsiya üçün 28,8762 manata bərabər olub.

Platinin qiyməti 83,2405 manat azalaraq 1499,995 manat, palladiumun qiyməti 28,8405 manat azalaraq 2851,8435 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/

COP29