Qızıl və gümüşün qiyməti ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 1.30% azalaraq, 1,969.60 ABŞ dollarına bərabər olub.

Yenicag.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 1% azalaraq, 23.75 dollar təşkil edib.